• CODING CAMP AZERBAIJAN

    JUNIOR FULL STACK

    Sıfırdan funksional veb saytların hazırlanması və internet mühitinə yerləşdirilməsinə hədəflənən tədris proqramı

Coding Camp Azerbaijan proqramlaşdırma üzrə tədris mərkəzidir Hər kəsin kodlaşdırma bacarığına yiyələnməsi üçün müxtəlif praktik həllər təqdim edir

Front-End Developer

Front-End Developer adından da göründüyü kimi istifadəçi tərəfdə işləyir və saytın görünən tərəfindən məsul şəxsdir, aysberqin görünən tərəfində yer alırlar. İnterfeysin (görünüş) rahatlığı, xoşagəlimliliyi, əməliyyatların axıcılığı kimi visual mövzulara Front-End Developer cavabdehdir.

Back-End Developer

Back-End Developer adından da göründüyü kimi arxa fonda işləyir və saytın görünməyən tərəfindən məsul şəxsdir, aysberqin görünməyən tərəfində yer alırlar. Dolayısıyla veb saytın arxasındakı məntiq Back-End Developer tərəfindən qurulur. Veb saytın strukturu, nəyin necə işləməsi onların öhdəliyindədir. Tətbiqlərin həcmindən asılı olaraq öhdəliklər, iş yükü dəyişkən ola bilər.

Full Stack Developer

Full Stack Developer həm Front-End Developer, həm də Back-End Developer bacarıqlarına sahib olub hər iki tərəfin yerində çıxış edə, sərbəst halda veb sayt və ya hər hansı veb həlli hazırlaya və təkminləşdirə bilər. Geniş imkanlara sahib olmaları səbəbindən onlara daha çox üstünlük verilir və komandada, şirkətdə özəl yerə sahib olurlar.

DevOps

DevOps proqramçılarla sistem inzibatçıları arasındakı qarşılıqlı əlaqəni və əməkdaşlığı təmin edir. Hazırlanan tətbiqlərin yoxlanılması, serverdə yerləşdirilməsi, hər hansı digər mühitə daşınması, istifadə edilən texnologiyaların yenilənməsi proseslərinin daha rahat və sürətli həyata keçirilməsini və avtomatlaşdırılmasını təmin edən yanaşmadır.

Nə üçün "Full Stack Developer"

TƏLƏB ÇOX OLMASI

"Full Stack Developer"-lərə digər istiqamətlərlə müqayisədə daha çox tələb var. Sahib olduğu bilik və bacarıqları onlara tətbiqlərin hazırlanmasının hər bir mərhələsini sərbəst icra etməyə və nəzarətdə saxlamağa imkan verir. Bir neçə nəfər əvəzinə yalnız sizinlə işləməklə həm vaxtına, həm də xərclərinə qənaət etməyi kim istəməzki.

GƏLİRİN YÜKSƏK OLMASI

"Full Stack Developer" olmaqla eyni anda bir neçə nəfərin bacarıqlarına sahib olma üstünlüyünüz sözsüz ki, sizə veriləcək nəvaciblərinizdə də öz əksini tapacaq.

GENİŞ İMKANLAR

"Full Stack Developer" olmaqla siz həm Front End, həm də Back End bacarıqlarına yiyələnmiş olursunuz və istədiyiniz rolda çıxış edə bilərsiniz. Təsəvvür edin, Back End vakansiyası üçün siz və sizinlə birlikdə "Back-End Developer" müraciət edib. Və hər biriniz tələblərə cavab verirsiniz. Bu halda sözsüz ən uyğun namizəd siz olarsınız. Şirkət daxilində ehtiyac olduğu halda Front End rolunda da çıxış edərək daha faydalı və vazgeçilməz biri olacaqsınız.

4 aya "Junior Full Stack Developer" bacarıqlarına yiyələn

“Sadədən mürəkkəbə doğru” prinsipini əsas tutaraq tərtib olunmuş tədris proqramı ilə hədəflərə çatmaq çox asandır. Bunun üçün istək və həvəsin olması yetərlidir.

Web 101
FRONT END
BACK END
JUNIOR FULL STACK

Tanıdığınız bacarıqlı proqramçıların hər biri edilə biləcək hər bir səhvi edərək həmin peşəkarlığa yiyələniblər.

Patrick McKenzie Software Engineer

Tədris proqramı nəzəri və praktik mövzular güncəl texnologiyalar əsasında tərtib olunmuşdur.

Tərtib olunmuş tədris proqramları mütəmadi yenilənməkdə və təkminləşdirilməkdədir

64
80
10
4

Öyrəniləcək texnologiyalar

HTML

Səhifələrin strukturunun hazırlanması istifadə olunan xüsusi hipermətn dilidir.

CSS

Yaradılmış strukturun necə görünməsini təyin etmək üçün istifadə olunan təsvir dilidir.

JavaScript

Yaradılmış səhifələri interaktiv hala gətirmək üçün istifadə olunan skript dilidir.

GIT & Github

Git yazdığınız kodlardakı dəyişiklikləri yadda saxlamağınızı və izləməyinizi təmin edən versiya nəzarət sistemidir.

SQL

Əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan strukturlaşdırılmış sorğu dilidir.

Python

Dinamik səhifələrin yaradılması üçün istifadə olunan müxtəlif paradiqmaları dəstəkləyən proqramlaşdırma dilidir.

Bootstrap

Səhifələrin daha sürətli yaradılmasına və dizayn edilməsinə imkan verən CSS karkasdır. Xüsusən, "Front-End Developer"-lər tərəfindən istifadə olunur.

jQuery

İnteraktiv səhifələrin yaradılması üçün istifadə olunan JavaScript kitabxanasıdır. Xüsusən, "Front-End Developer"-lər tərəfindən istifadə olunur.

PostgreSQL

Güclü xüsusiyyətlərə və üstünlüklərə sahib əlaqəli verilənlər bazasının idarə sistemidir. Xüsusən, "Back-End Developer"-lər tərəfindən istifadə olunur.

Django

Veb tətbiqlərin yaradılması üçün istifadə olunan python paketi, yüksək səviyyəli veb karkasdır. Xüsusən, "Back-End Developer"-lər tərəfindən istifadə olunur.

Server texnologiyaları

Hazırladığınız veb tətbiqləri hər kəs üçün əlçatan edə bilməyinizi təmin edəcək server və server proqram təminlarını əhatə edir.

Mən böyük proqramçı deyiləm! Sadəcə böyük vərdişləri olan yaxşı proqramçıyam.

Kent BeckSoftware Engineer

Nələri əldə edəcəksiniz

Tədris mərhələləri və qazanacağınız bacarıqlar

1

Birinci mərhələ

Veb səhifələrin strukturunun yaradılması və dizaynın tərtib olunması

2

İkinci mərhələ

İnteraktiv veb səhifələrin hazırlanması

3

Üçüncü mərhələ

Funksional veb səhifələrin hazırlanması

4

Dördüncü mərhələ

Veb saytların yaradılması və internet mühitinə yerləşdirilməsi

Kimlər iştirak edə bilər

Endirim kompaniyaları

Müntəzəm Verilən Suallar

Proqramlaşdırma öyrənmək və ya özünü təkmilləşdirmək istəyən hər kəs tədris proqramında iştirak edə bilər.

Seçimindən əmin deyilsənmi? Tərəddüd edirsənmi?

Bu imkandan tam olaraq ödənişsiz şəkildə faydalana bilərsiniz